Səhhətində problem yaranmış əsgərimiz hava limanında vəfat etdi – ŞOK FOTOLAR

MARAQLI
21:01 29.09.2011
5144

Azərbaycan ordusunun səhhətində problemlər yaranmış əsgəri Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınan zaman Heydər Əliyev Beynəlxalq Hava Limanında vəfat edib. APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında baş verib. Əsgər Novruzov Eldar Qədir oğlunun vəziyyəti qəflətən pisləşib və o, həyatını itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı tibbi araşdırma aparılır. Qeyd edək ki, əsgər Novruzov Eldar Qədir oğlu müalicəsini davam etdirmək üçün bu gün ona təhkim olunan həkimlə birgə Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınacaqdı. Bununla bağlı müdafiə naziri Səfər Əbiyev göstəriş vermişdi.

“Qafqazinfo”ya Eldarın atasının verdiyi məlumata görə, bu gün oğlu Türkiyənin Gülhanə Tibb Akademiyasına aparılarkən təyyarə yola düşməyə az qalmış keçinib. Qadir Novruzov bildirib ki, Hərbi Hospilada müalicə olunan oğluna yola düşməzdən əvvəl iynə vurublar. Atası bu iynədən sonra oğlunun vəziyyətinin daha da pisləşdiyi, rənginin saraldığını deyib.

Bundan öncə isə mərhumun atası Eldarın burun əməliyyatı keçirdikdən sonra çürüməyə başladığını söyləmişdi. Bir neçə gün bundan öncə “Qafqazinfo.az” saytı həmin əsgərin fotolarını təqdim etmişdi .

OXŞAR XƏBƏRLƏR