Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR
SOSİAL
12:54 07.05.2025
538

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət olan 30 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərini ziyarət edib.

Səfərin ilk günündə "57-ci Alay Şəhidliyi”, "Çanaqqala Şəhidlər Abidəsi”, "Troya Atı Muzeyi”, "Dəniz Muzeyi” və "Seyit Onbaşı Abidəsi” ziyarət olunub. Ailələr, bu tarixi məkanlarda dərin duyğular yaşayıb, şəhidlərin ruhuna dualar oxuyublar. Həmçinin Çanaqqalada yerləşən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edən şəhid ailələri hər iki qardaş xalqın Vətənləri uğrunda canlarından keçən qəhrəman şəhidlərini dərin ehtiramla yad ediblər.

Səfərin ikinci günü isə Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailələrini qəbul edib. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və bu kimi səfərlərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Günün davamında nümayəndə heyəti "Atatürk Abidəsi”, "Zəfər Muzeyi”, "Hisart Canlı Tarix Muzeyi” və "Nusret Mayın Gəmisi”ni ziyarət edib. Daha sonra Çanaqqala Şəhid Ailələri və Qazilər Dərnəyi ilə görüş keçirilib. Görüş zamanı hər iki ölkənin şəhid ailələrini bir araya gətirən layihələrin davam etdirilməsi və gələcəkdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dörd gün davam edəcək ziyarət çərçivəsində şəhid ailələri tarixi və mənəvi baxımdan əhəmiyyətli olan məkanları gəzərək, Azərbaycanın və Türkiyənin ortaq tarixində iz qoymuş qəhrəmanları yad edəcəklər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO