Şəhid ailələri Naftalanda müalicə alırlar - FOTOLAR

Şəhid ailələri Naftalanda müalicə alırlar - FOTOLAR
SOSİAL
17:13 14.10.2025
187
Naftalan şəhər və Tərtər rayon İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan sosial layihə çərçivəsində Tərtərdən bir qrup şəhid ailəsi Naftalanda fəaliyyət göstərən "Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müayinə olunaraq müalicə alıb, istirahət edirlər.

İcra başçıları Müalicə Mərkəzində şəhid ailələrini ziyarət etmiş, onlara yaradılan şərait və müalicə prosesi ilə maraqlanıblar.

Vurğulanmışdır ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələri hər zaman dövlətin xüsusi himayəsindədir.
 
Səmimi şəraitdə keçirilən söhbət zamanı Şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd edək ki, sosial layihəyə 2022-ci ilin iyul ayında start verilib. Ötən dövr ərzində Naftalan Şəhər İcra Hakimiyyətinin Yevlax, Abşeron, Nizami və Tərtər Rayon İcra Hakimiyyətlərinin birgə reallaşan layihələri çərçivəsində şəhid ailələri və qazilər şəhərimizdə fəaliyyət göstərən Müalicə Mərkəzlərində müayinə və müalicə alıblar.

Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR