00:56 Bazar Ertəsi, 27 Yanvar 2020
SOSİAL

Şəhid ailəsinin toyunda Manaf oxudu, Hadi Rəcəbli əl qaldırıb oynadı — VİDEO

23:52, 13.12.20196330
Şəhid ailəsinin toyunda Manaf oxudu, Hadi Rəcəbli əl qaldırıb oynadı — VİDEO
Bu gün ictimaiyyətin bəzi tanınmış şəxsləri şəhid ailəsinin toy mərasimində iştirak ediblər.
 
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Müdafiə Nazirliyinin zabit heyəti, sabiq deputatlar Hadi Rəcəbli, Hüseynbala Mirələmov, tanınmış vəkil Şəfiqə Nağıyeva, teleaparıcı Elgiz Əkbər və digər məşhur simalar bu şad gündə fəallıq göstəriblər. Bəy və gəlin, zala  Azərbaycan Dövlət Himninin sədaları altında daxil olub.

Toyun idarəçilyi isə populyar müğənni Manaf Ağayevə tapşırılıb.

Elgiz Əkbərin sözlərinə görə, bəy atasını itirib və onun hər iki əmisi Qarabağ müharibəsində şəhid olub. Aparıcı toyda iştirak edənlərə xüsusi minnətdarlıq edib: "Səsimizə səs verib toyda iştirak edənlərə, təşəkkür bildiririk".
 
///Demokrat.az


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ