Avqustun 4-də Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, şəhid anasının halı ötən gün pisləşib. O, xəstəxanaya aparılsa da, Şəmkirin Qaracəmirli kəndində dünyasını dəyişib.