Şəhid anası: “Məni aparın, ermənidən qisasımı alım” - VİDEO

Şəhid anası: “Məni aparın, ermənidən qisasımı alım” - VİDEO
SOSİAL
12:31 22.07.2020
1775

"Onun qanı yerdə qalmasın. Məni aparın, ermənidən qanımı, qisasımı alım”.

Bu, qəlbi yaralı, sinəsi dağlı bir ananın fəryadı, yağı düşməndən qisas almaq çağırışıdır. Hər bir şəhid anasının, şəhid valideyninin arzusudur bu. 

Əzəl gündən bəxti gətirməmişdi Rəşadın. Uşaq yaşlarından ata nəvazişindən məhrum olan balaca anası Sevda ilə birgə dayısının himayəsinə sığınmışdı. Doğulub boya-başa çatdığı Biləsuvarın Aşağı Cürəli kəndində hər kəs bilirdi bunu.

İlk gündən həyat üzünə gülməsə də, polad kimi daha çox bərkiyirdi Rəşad. Pambıq tarlalarında qan-tər içində işləyən anası aşılamışdı ona Vətən məhəbbətini, torpaq sevgisini.

Altı il bundan öncə əyninə zabit mundiri geyinəndə anası da qürurlanmışdı, dayıları da. Baş leytenant Rəşad Mahmudovun 28 yaşı olsa da, hələ subay idi. Anası, yaxınları tələsdirirdi onu ailə qurması üçün. O isə hələ ev tikdirirdi, dörd il bundan öncə tikintisinə başladığı evi.

Bu il iyulun 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kəndində törədilən təxribatın qarşısını alan zaman gənc zabit Rəşad Mahmudov Şəhidlik zirvəsinə ucaldı. Doğulduğu torpaq öz şəhidini qoynuna aldı. Əbədilik...


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı