Füzuli rayonu Horadiz şəhərində şəhid plakatına hörmətsizlik olunması barədə görüntü araşdırılır.
AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
"Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək”, DİN-dən bildirilib.