Şəhid atası qəzada öldü

Şəhid atası qəzada öldü
SOSİAL
13:59 06.07.2025
536
İyulun 6-da Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus "Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fərid Nəbiyev Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR