Şəhid atasına hörmətsizlik edən həkim üzr istədi

Şəhid atasına hörmətsizlik edən həkim üzr istədi
SOSİAL
18:38 09.10.2021
1032
Gədəbəy Rayon Mərkəzi Xəstəxanası şəhid atasına qarşı zorakılıq iddiaları ilə bağlı açıqlama yayıb. 

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edən Əmirxan Aslanov bildirib ki, həkimlə vətəndaş arasında kiçik anlaşılmazlıq olub:

"Burada hər hansı təhqirdən və ya davadan söhbət gedə bilməz. Bununla bağlı vətəndaş qəbul olunub, üzr istənilib. Həkimə isə xəbərdarlıq edilib”.
OXŞAR XƏBƏRLƏR