Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO

Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO
HADİSƏ
20:10 10.10.2025
777
Sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar postda yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı videomüraciətləri yayılıb.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, oktyabrın 4–də "BMW X6” markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı  "102” Xidmətinə vətəndaş şikayətləri daxil olub. Həmin şikayətlərlə əlaqədar stasionar postda avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb.


Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı videoçəkilişlər aparıb.

Onunla izahedici söhbətlər aparılmasına baxmayaraq, vətəndaş əsassız iddialarını davam etdirib.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair görüntüləri təqdim edirik.

Daxili İşlər Nazirliyi bir daha bildirir ki, şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu həssas münasibətdən sui-istifadə edərək kobud qanun pozuntularına yol vermək və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmaq, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarəetmə halları qəbuledilməzdir. Qanuna hörmət həm şəhidlərə, şəhid ailələrinə, həm də cəmiyyətə göstərilən ən böyük ehtiramdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir