Şəhid əsgər dəfn olundu - FOTO

Şəhid əsgər dəfn olundu - FOTO
SOSİAL
16:49 30.01.2017
13592

 

Ölən əsgərin əmisi Xanəlinin ölümünün səbəbinin istintaqın sonunda məlum olacağını deyir

Ötən gün Tovuz rayonunun Əlibəyli kəndində yerləşən N saylı hərbi hissədə dünyasını dəyişən əsgər Xanəli Fəttayev bu gün torpağa tapşırıldı. O yaşadığı Bakının Binə qəsəbəsinin qəbiristanlığında dəfn olundu. Əvvəlcə qəbiristanlığın girişində cənazə namazı qılındı. Sonra ailə üzvlərinin, qəsəbə sakinlərinin və hərbçilərin iştirakı ilə dəfn mərasim baş tutdu.

Mərhumun əmisi İstiPress-ə deyib ki, Müdafiə Nazirliyinin bəyanatı bir qədər tələsik olub. O bildirib ki, istintaqın davam etdiyi bir vaxtda belə qəti fikrin bildirilməsi çox tezdir. 

 

Ötən gün sosial şəbəkələrdə 2016-cı ilin oktyabrında hərbi xidmətə çağrılan əsgər Xanəli Fəttayevin şəhid olması ilə bağlı xəbərlər yer alıb. Bu gün isə Müdafiə Nazirliyi bəyanat yayaraq əsgərin intihar etdiyini deyib.

Xanəli Fəttayev 1998-ci il sentyabrın 16-da Lerik rayonunun Mulalan kəndində doğulub. O 5 bacının tək qardaşı idi. 

 
 
 
 
 
 
 
 
 
 
 
OXŞAR XƏBƏRLƏR