Şəhid generalla bağlı möhtəşəm addım - Qənirə Paşayeva hərəkətə keçdi

Şəhid generalla bağlı möhtəşəm addım - Qənirə Paşayeva hərəkətə keçdi
SOSİAL
14:29 28.07.2020
4501
Əslən Tovuzdan olan araşdırmaçı-yazar qardaşımız Əkbər Qoşalı maraqlı bir təkliflə çıxış edib. Bir neçə gün öncə öz sosial media hesabında müvafiq post paylaşan qardaşımız, Tovuz şəhərinin küçə və ya meydanlarından birinin "Şəhid General Polad Həşimov” yaxud "Şəhid General” adlandırılması barədə təkliflə çıxış edib, mənim və Millət vəkili həmkarım Arzu Nağıyevin bu məsələyə münasibət bildirməsini istəyib. Həmin təklif sosial media istifadəçisi olan tovuzlular, vətənpərvər gənclər, ziyalılar, millət vəkili həmkarlarım və başqaları tərəfindən müsbət qarşılanıb, təqdiredici rəylər yazılıb. Belə bir təklifə və təklifə bəslənən münasibətə görə məmnunam.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.

Millət vəkili bu təklifi alqışladığını bildirib: "Hesab edirəm ki, çox məqsədəuyğun təklifdir. Bildirmək istərdim ki, öz tərəfimdən Tovuz rayon İcra hakimiyyətinə və digər əlaqədar orqanlara bu barədə rəsmi məktubla müraciət edəcəm. İnanıram ki, Tovuzun küçə və ya meydanlarından birinin, deyildiyi kimi, "Şəhid General Polad Həşimov”, "Şəhid General” və ya "General Polad Həşimov” adlandırılması hər kəsin ürəyincə olardı. Şanlı generalımız əziz canını canından əziz sevdiyi Vətən torpaqları uğrunda məhz Tovuzda fəda edib, adının digər şəhər-rayonlarımızla (Qəbələ, Sumqayıt, Bakı və s.) yanaşı, məncə, ilk növbədə Tovuzda əbədiləşdirilməsi hərbi-vətənpərvərlik işinə, gənc nəslin tərbiyəsinə öz müsbət təsirini göstərməklə yanaşı, bizim vəfa borcumuzun ifadəsi olardı.

Şəhid generalımıza və onun şəhid silahdaşlarına ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə möhkəm can sağlığı diləyirəm!

Vətən sağ olsun!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı