Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bu gün şəhid olan Asif yanvarda əsgərlikdən qayıdacaqdı.
2002-ci təvəllüdlü şəhidimiz Asif Əliyev subay olub. Əslən Siyəzən rayonunun Zarat kəndindəndir.
O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış.
Şəhidin bir bacısı var.
A.Əliyev Prezidentin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin.
