Şəhid olan 19 yaşlı Asif yanvar ayında tərxis olunacaqmış - FOTO

Şəhid olan 19 yaşlı Asif yanvar ayında tərxis olunacaqmış - FOTO
SOSİAL
11:10 09.12.2021
928
 
 Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bu gün şəhid olan Asif yanvarda əsgərlikdən qayıdacaqdı.
 
2002-ci təvəllüdlü şəhidimiz Asif Əliyev subay olub. Əslən Siyəzən rayonunun Zarat kəndindəndir. O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış.
 
Şəhidin bir bacısı var. A.Əliyev Prezidentin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
 
Allah rəhmət eləsin. 
 

OXŞAR XƏBƏRLƏR