Şəhid olduğu deyilən 19 yaşlı əsgər evinə sağ qayıtdı – VİDEO

Şəhid olduğu deyilən 19 yaşlı əsgər evinə sağ qayıtdı – VİDEO
SOSİAL
13:18 05.07.2021
2343

Vətən Müharibəsinin qəhrəmanlarından biri də 19 yaşlı əsgər Ramiz Quliyevdir. O, bir çox döyüşlərdə şücaət göstərib, yaralanıb. Hətta sağ olduğu halda şəhid xəbəri belə yayılıb.

AZXEBER.COM news24.az-a istinadən xəbər verir ki, Ramiz Quliyev bu gün xidmətini başa vuraraq tərxis olub.

Qazimizin anası Gülçin xanım açıqlamasında sevincinin yerə-göyə sığmadığını deyib:

"Onu qarşımda görmək möhtəşəm hissdir. Bunu sözlə ifadə edə bilmirəm. Allah Ramizi üçüncü dəfə bizə bəxş etdi. O xəstəxanada olarkən, şəhid xəbərini yaymışdılar. Özümə gələ bilmirdim. Ancaq Ramiz özü mənimlə əlaqə saxladı ki, hər şey qaydasındadır. Tək mən yox, bütün el-oba onun yolunu səbrsizliklə gözləyird. Oğlum Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə şücaət göstərib. Füzuli istiqamətində gedən döyüşlərdə ağır travma almışdı. Yaddaşını belə itirmişdi. Məndən başqa heç kimi tanımırdı. Bir müddət xəstəxanada müalicə aldı. Ancaq orada israrla döyüşə qoşulmaq istədiyini bildirib. Özünün xahişi ilə yenidən döyüşlərdə iştirak etdi. İkinci dəfə Şuşada Daşaltı əməliyyatı zamanı ayağından yaralandı. Həmin yaranı da minamyot zərbəsinə tuş gəlib, dərəyə düşən əsgər yoldaşını çıxarmağa gedərkən aldı. Əsgər yoldaşını çiyninə alıb, təpəyə qalxmaq istəyərkən, növbəti minamyot zərbəsi yoldaşının kürəyinə, Ramizin isə ayağına zərbə vurmuşdu. Ancaq çox şükr ki, peşəkar həkimlərin səyi nəticəsində ayağındakı qəlpələr əməliyyatsız çıxarıldı. Əks halda barmaqlarını itirmək təhlükəsi var idi. Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərman və gözəl xasiyyətnaməsi verilib. Həmçinin, təşəkkür məktubu da göndərildi. Sevincimin həddi-hüdudu yoxdur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq