Şəhid olmuş hərbi zabitin oğlu: “Dövlətimizin gücü bizə hərtərəfli müdafiə çənbəridir"

Şəhid olmuş hərbi zabitin oğlu: “Dövlətimizin gücü bizə hərtərəfli müdafiə çənbəridir"
SOSİAL
15:54 20.04.2018
4568
Ölkə başçısı cənab İlham Əliyevin 19 aprel 2018-ci il fərmanı ilə Qarabağ döyüşlərində həlak olmuş hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar verilmiş mühüm qərar ictimaiyyətdə böyük rəğbətlə qarşılanıb.
 
Torpaqlarımzın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş hərbi zabiti İbrahim Əsgərovun oğlu jurnalist Eldar İbrahimoğlu AZXEBER.COM-a açıqlamasında Prezidentin imzaladığı mühüm fərmana münasibət bildirərək deyib ki, həssas qrupdan olan şəhid ailələrinə diqqət və qayğı prezidentimizin fəaliyyətində daim öncəlik daşıyır: "Ölkə başçısının imzaladığı bu fərmanın böyük sosial, ictimai-siyasi əhəmiyyəti var. Atılmış addım Azərbaycanın və onun dövlətinin fövqəl mahiyyətini bir daha ortaya qoyur. Bu artan iqtisadi gücün vətəndaşa, onun yaşamına, sosial rifahına yansıyan müsbət təsiridir. Bu və bundan sonra davam edəcək bu cür sosial müdafiə tədbirləri biz gəncləri səngərlərə əminliklə, arxayınlıqla yürüməyə ruhlandırır. Çünki səngər önündə də, arxasında da dövlətimizin gücü həm bizlərə həm əzizlərimizə hərtərəfli müdafiə çənbəridir.”
 
Qeyd edək ki, Eldar İbrahimoğlu uzun müddət Müdafiə Nazirliyində diktor, hərbi-jurnalist vəzifəsini icra edib.
OXŞAR XƏBƏRLƏR