Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi - Foto

Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi - Foto
SOSİAL
11:16 13.02.2026
797
Vətən müharibəsi şəhidi gizir Telman Kəlbiyevin anası vəfat edib.

Şəhidin anası Dilşad Kəlbiyeva yaşadığı Neftçala rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, T.Kəlbiyevin nəşi müharibə bitəndən xeyli sonra Murovdağ istiqamətində aşkar edilərək Neftçalaya gətiriləndə anası onun tabutu önündə qurban kəsdirmişdi.

1988-ci il təvəllüdlü T.Kəlbiyev vəfatından 85 gün sonra Neftçalanın Şəhidlər xiyabanında dəfn edilib. O, şücaətlərinə görə "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
\Qafqazinfo
 

 

 


OXŞAR XƏBƏRLƏR