15. 08. 2024 - cü il tarixdə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, növbəti qrant layihəsinin qalibi "Vətən Naminə " Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhid və qazi övladları üçün əyləncəli idman yarışması layihəsini Quba Idman Olimpiya kompleksində həyata keçirdi.
Aparıcı Nigar Mehdiyeva tədbiri Azərbaycan Respublikası Dövlət Himni ilə açıq elan etdi. Vətən uğrunda şəhid olan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra "Vətən Naminə " Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Abduləlimova Tünzalə xanıma söz verildi. Tünzalə xanım öz çıxışında Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininə hər zaman bizim yanımızda olaraq göstərdikləri qayğı və dəstəyə görə öz minnətdarlığını bildirdi.
Eyni zamanda Quba Xaçmaz Regional Gənclər və idman idarəsinin rəisi Novruzov Nəcəf müəllimə, onun kollektivinə bu tədbirin keçirilməsi üçün yaratdıqları şəraitə görə və Quba İcra Hakimiyyətinin nümayəndəsi Şirinov Asəf müəllimə tədbirdə iştirak etdiyinə görə öz təşəkkürünü və minnətdarlığını bildirmişdir. Şəhid və qazi övladlarına can sağlığı və uğurlar arzulayaraq daim onların yanında olacağını bildirib. Sonra söz Quba İcra Hakimiyyətinin Nümayəndəsi Şirinov Asəf müəllimə söz verilib. O da öz növbəsində şəhid və qazi övladlarına can sağlığı və uğurlar arzulayıb. Daha sonra söz Quba Xaçmaz regional Gənclər və idman idarəsinin rəisi Novruzov Nəcəf müəllimə verildi.
Nəcəf müəllim də Şəhid Ailələrinə, Qazilərə və onların övladlarına Allahdan can sağlığı, səbr və dözüm diləyərək uğurlar arzulayıb. Tünzalə xanıma hər zaman şəhid və qazi ailələrinin yanında olduğuna və belə tədbirləri keçirtdiyinə görə öz minnətdarlığını bildirərək daim onun yanında olmasını bildirib. Sonra yarışmaya start verildi. Yarışmanı idmançı Kamran müəlim davam etdirdi. Yarışmada, uşaqlar əyləncəli idman növü üzrə, böyük sevinc və ruh yükskliyilə öz aralarında yarışdılar. Qaliblər idman müəllimi tərəfindən qeydə alındı və mükafatlandırıldı.
Tədbirdə iştirak edən bütün şəhid və qazi övladlarına xüsusi geyimlər və hədiyyələr təqdim olundu. Sonda şəhid və qazi övladları yemək süfrəsinə dəvət olundu.