Şəhid övladlarının “Məzun günü” keçirilib - FOTOLAR

Şəhid övladlarının “Məzun günü” keçirilib - FOTOLAR
SOSİAL
11:43 13.06.2024
199
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi və "LIBRAFF” kitab mağazaları şəbəkəsinin tərəfdaşlığı ilə 12 iyun tarixində bu il orta məktəbi müvəffəqiyyətlə bitirərək məzun olan 40 şəhid övladı üçün "Məzun günü” tədbiri təşkil olunub.

Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış nitqində çıxış edən "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova orta məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. "Həyatınızın bütün mərhələlərində atacağınız addımlar zamanı biz hər zaman sizin yanınızda olacağıq” – deyə S.Orucova qeyd edib.

"PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiyalar üzrə rəhbəri Vəli Məmmədov da çıxışında məzun şəhid övladlarını təbrik edib və  ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən qəhrəman şəhidlərimizin həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Daha sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova çıxışında şəhid övladlarının Azərbaycan xalqına və Vətənə əmanət olduqlarını söyləyib: "Şəhid övladları bizə əmanətdir. Bu əmanətə sadiqlik hər bir vətəndaşımızın mənəvi borcudur".

Tədbirdə iştirak edən digər millət vəkilləri Fatma Yıldırım, Ceyhun Məmmədov və Tahir Mirkişili də məzun olan şəhid övladlarına öz ürək sözlərini və təbriklərini çatdırıblar.

Təhsilin İnkişafına Dəstək Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da çıxışında şəhid övladlarına göstərilən diqqətin hər birimiz üçün mənəvi borc olduğunu bildirib. 

Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycan Respublikasının Əməkdar artisti Lalə Məmmədova, tanınmış müğənni Günay İbrahimli və "Star Band” qrupu öz ifaları ilə məzun şəhid övladlarına duyğu dolu və əyləncəli anlar yaşadıblar.

Tədbirin sonunda məzun şəhid övladlarına "LIBRAFF” kitab mağazaları şəbəkəsi tərəfindən xatirə hədiyyələri təqdim olunub.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır