Şəhid XTQ giziri “Qarabağ”ın azarkeşi olub - FOTO

Şəhid XTQ giziri “Qarabağ”ın azarkeşi olub - FOTO
SOSİAL
11:22 18.09.2022
236
Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Əhədzadə Xəyal Məzahir oğludur. 

AZXEBER.COM xəbər verir ki, şəhidlik zirvəsinə ucalan Xəyal Əhədzadə həm də "Qarabağ” klubunun sadiq azarkeşi olub. 

Bununla bağlı Ağdam təmsilçisinin "Facebook" əhifəsi paylaşım da edib: "Şəhid Xəyal Əhədzadə, ruhun şad olsun, şəhidim!".

Şəhid Xəyal Əhədzadə Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi idi. O, məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olmuşdu.
 

 


 


OXŞAR XƏBƏRLƏR