Şəhidimizin baş daşını Tolik qoyduracaq: - “İcra başçısının 500 manatı yoxdursa…”

SOSİAL
15:20 11.07.2016
4884
Prodüser Tarix Əliyev (Tolik) Aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri öz üzərinə götürüb.
Bu barədə Tolik sosial şəbəkədə yazıb. O bildirib ki, E.Mirzəyevə mərmərdən baş daşı qoymaq fikirindədir: “Şəhidin qəbrinin üstünü düzəltdirməyə Xaçmazın icra başçısının 500 manatı yoxdursa, mən ona mərmərdən qəbir daşı qoyduraram. Allah vətən uğrunda ölən hər bir şəhidə rəhmət eləsin”.
Qeyd edək ki, Elvin Mirzəyev aprel döyüşlərində şəhid olub. O vaxtdan aylar keçməsinə baxmayaraq, hələ də şəhidə baş daşı qoyulmayıb.
///AzNews.az 
OXŞAR XƏBƏRLƏR