Şəhidimizin son arzusu: "Ana, çəkmələrimi Qarabağ azad olunandan sonra təmizlə" –VİDEO

SOSİAL
10:43 16.05.2016
2424
Şəkidə şəhidlərin ölümündən sonra təltif edildiyi medallar ailələrinə təqdim olunub.
ANS TV-in məlumatına görə, aprel ayının əvvəllərində eyni gündə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gedən döyüşlərdə şəhid olan Vüqar Süleymanov və Orxan Hümmətovun hərbi xidmətdə fərqləndiyinə görə medalları ailələrinə təqdim olunub.
Ailələrə medalların təqdim olunması Şəkidə hər iki şəhidin 40 mərasimi zamanı baş tutub.
Şəhidlərin ailə üzvləri Vüqar kimi qəhrəman oğullarımızla qürurlandıqlarını bildirdilər.
Şəhid Orxan Hümmətovun anası isə oğlunun bir arzusunu həyata keçirmək üçün Allahdan ömür payı istəyir. Oğlu bir neçə ay əvvəl məzuniyyətə gələrkən öz hərbi çəkmələrini anasına verib, onların üzərində Qarabağ torpağı olduğunu söyləyib və həmin çəkmələri saxlamağı, yalnız torpaqlarımız azad olunandan sonra çəkmələri yumağı xahiş edib.
Uzun müddətdir aviasiyada xidmət edən şəhidin qardaşı Vüsal Hümmətov qardaş itkisinə görə təəsüflənsə də, onun şəhidlik zirvəsinə ucaldığı üçün qürur duyduğunu da bölüşdü.
/// anspress

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"