Şəhidin adına cərimə protokolu göndərilməsi xəbərinə - Rəsmi reaksiya

Şəhidin adına cərimə protokolu göndərilməsi xəbərinə - Rəsmi reaksiya
SOSİAL
10:16 29.01.2022
499
Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına cərimə protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib.

Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edilib: "Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".
OXŞAR XƏBƏRLƏR