Şəhidin atası qəfil vəfat etdi

Şəhidin atası qəfil vəfat etdi
SOSİAL
15:13 21.05.2026
257
Vətən müharibəsi şəhidi Lətif Əliyevin atası vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat verib.

O bildirib ki, şəhid atası Oruc Əliyev 60 yaşında Şərur rayonunda ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü L.Əliyev 2020-ci il 27 oktyabr tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şərur şəhər Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR