Vətən müharibəsi şəhidi Alxas Yunusovun bacısı vəfat edib.
Şəhidin bacısı Vəfa Qarayeva 31 yaşında xəstəlikdən ölüb.
Qeyd edək ki, Azərbaycan ordusunun giziri olmuş Alxas Yunusov 1986-cı il yanvarın 18-də Cəlilabad şəhərində doğulub. 2020-ci il sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi, üç övladı qalıb.
O, ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Onu da qeyd edək ki, Alxas və Vəfa 11 uşaqlı ailənin övladları olub.
///Qafqazinfo