Şəhidin xanımı icra başçısı Mərdan Camalova təşəkkür etdi

Şəhidin xanımı icra başçısı Mərdan Camalova təşəkkür etdi
SOSİAL
14:56 27.10.2017
3516

Bir müddət öncə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunduğu iddia olunan şəhid olmuş Kamil Əliyevin xanımı Bahar Əliyeva icra başçısına məktub ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, məktubda Bahar Əliyeva icra başçısına ünvanladığı məktubda Şirvan şəhəri Xəqani küçəsi 20 ünvanında yerləşən binanın qarşısında həyat yoldaşı şəhid Əliyev Kamil Fazil oğlunun adını daşıyan abidənin yenidən təmir edilməsinə görə təşəkkür edib. Şəhidin ailə üzvü icra hakimiyyətinin onun müraciətindən sonra sözügedən abidənin təmirini operativ şəkildə həyata keçirdiyini bildirib. O, açıqlamasında icra hakimiyyətinə evi ilə bağlı yox, yalnız abidə ilə bağlı müraciət etdiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə mətbuatda icra başçısı tərəfindən şəhid ailəsinin təhqir edilməsi ilə bağlı məlumat paylaşılmışdı. Bahar Əliyeva sözügedən iddiaların doğru olmadığını məktubunda da bildirib.


OXŞAR XƏBƏRLƏR