Şəhidlər Xiyabanına ciddi təhlükə yarandı - FOTO

MARAQLI
13:22 18.08.2011
4702
Ekologiya və Təbii Sərvətlər nazirliyinin ərazidə olan əməkdaşı bildirib ki, çat 2000-ci ildə burda baş verən sürüşmə trayektoriyası boyuncadır. Təxminən 12 gün əvvəl müşahidə olunub. Bir neçə santimetrlik çatlar yaranıb.Hazırda sürüşmə bölgəsindən 500-600 metr aralıda tikinti işləri gedir. Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşı sürüşməyə tikintinin səbəb olduğunu istisna edib.Sürüşmə təhlükəsi ilə əlaqədar Bayıl yamacı istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.Azadlıq Radiosunun əməkdaşı xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov hadisə yerindədir. FHN-nin qüvvələri təhlükə zonasında bərkitmə işləri aparırlar.

OXŞAR XƏBƏRLƏR