Şəhidlərimiz dəfn edildi - VİDEO

Şəhidlərimiz dəfn edildi - VİDEO
16:55 06.06.2012
2409
Qazaxın Əskipara kəndində Ermənistan ordusunun hücumunu dəf edərkən şəhid olan 5 hərbçinin cənazəsi ailələrinə təhvil verildikdən sonra son mənzilə yola salınıb. Ötən gün Qazax rayonunda Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə atışmada şəhid olan 5 hərbçinin hamısı dəfn olunub.Şəhid, milli ordumuzun manqa komandiri 24 yaşlı Əliyev Amil Novruz oğlunun cənazəsi Bakıda, Lökbatan qəsəbəsində ailəsinə təhvil verilib. Amilin cənazəsi gecə saatlarında Lökbatan qəsəbəsindəki şəhidlər xiyabanında torpağa tapşırılıb.Şəhid Əskər Zülfüqar Ataşlının cənazəsi bu gün səhər saatlarında anadan olduğu Cəlilabada gətirilib. Səhər saat 5 radələrində şəhid Zülfüqar Ataşlının cənazəsi dəfn olunub. Digər şəhid Vahid Bağırovun cənazəsi də ötən gün Ağsu rayon Daşdəmirbəyli kəndinə gətirilib. Şəhid Ağsu şəhər şəhidlər xiyabanında dəfn olunub.Qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində həlak olan 5 Azərbaycan hərbçisindən biri milli ordumuzun əsgəri Xalid Əliyev də bu gün doğulduğu Şəki şəhərində torpağa tapşırıldı.Qeyd edək ki, Xalid Əliyev baş nahiyəsindən aldığı bir güllə yarasından həlak olub. Əsgər Xalid Əliyev Azərbaycan bayrağına bükülmüş halda dəfn olunub. Qazax istiqamətində şəhid olan Elçin İsmayılov Yevlaxda ailəsinə təhvil verilib. Azərbaycan bayrağına bükülmüş cənazə gecə saatlarında rayondakı şəhidlər xiyabanında torpağa tapşırılıb.Qeyd edək ki, Azərbaycan ordusunun 5 əsgəri qoşunların təmas xəttində Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelrimizdə Ermənistan ordusunun hücumunu dəf edərkən şəhid olub. Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
19:54 21.06.2025
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
Qabiliyyət imtahanlarına start verildi
17:33 21.06.2025
Qabiliyyət imtahanlarına start verildi
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"
17:16 21.06.2025
"Azərbaycanda kazinoların fəaliyyətinə icazə verilməsi turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçündür"