27 Sentyabr – Anım Günündə Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. Bununla əlaqədar paytaxtın Zəfər Parkına səhər saatlarından etibarən çoxsaylı ziyarətçilər üz tutur.
AZXEBER.COM xəbər verir ki, vətəndaşlar abidə önünə gül dəstələri düzür, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər.
Vətən müharibəsində qazanılan Zəfər qəhrəman şəhidlərimizin şücaəti və fədakarlığı ilə yazılan tarixdir. Onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.











































