Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri fəlsəfə doktoru İradə Əlili və "Əsgərə xatirə ” layihəsinin rəhbəri , publisist Nuranə Şıxaliyevanın birgə hazırladıqları "Şəhidlik Dastanı” adlı kitab işıq üzü gördü.
AZXEBER.COM xəbər verir ki, kitab Türkiyənin müxtəlif İll və İlçələrinin şəhidlərinə həsr olunub. "Şəhidlik Dastanı” adlı kitabda çap edilmiş xatirələr həm türkiyə türkcəsində, həm də azərbaycan türkcəsində toplanmışdır. Kitabda şəhidlər haqqında məqalələr, onlar haqqında xatirələr, fotolar öz əksini tapmışdır.
Müəlliflər Nuranə Şıxaliyeva və İradə Əlili kitab üçün önəmli məlumatları çatdıran dostlara- Bilgehan Osman, İlhami Demirci, Serdar Ünsal, Rifat Yenice, Vural Papakcı, Bilal Esrari, Nuray Aydemir, Orhan Demirci, Özlem Dede Öner, Zeki Avan, Nedim Bakırcı, Eray Çetinkaya, Fatma Dinçer, Hasan Barın, Aysel Demirkaya, Kemal Yıldız, Ahmet Baki Kızıltaşa öz təşəkkürlərini bildirirlər.
İradə Əlilinin həmmüəlifi olduğu bu kitab Türkiyə şəhidlərindən yazılmış üçüncü kitabıdır. 2022-ci ildə "Kahraman Şehit Oğuz Ozgür Çevik ”, 2025-ci ildə ”Çubuk şehitleri” adlı kitabları işıq üzü görmüşdü.