"Sehirli Annem"in aktrisası narkotikə qurşandığını etiraf etdi - VİDEO

"Sehirli Annem"in aktrisası narkotikə qurşandığını etiraf etdi - VİDEO
MAQAZİN
13:33 22.12.2023
355

"Sehrli Annem”in Tuğçesi Damla Ersubaşı ağlayaraq çəkdiyi videoda narkotik maddə istifadə etdiyini etiraf edib.

AZXEBER.COM Türkiyə mediasına əsasən xəbər verir ki, həyat yoldaşının ailəsindən aldığı pulu qumarda uduzduğunu deyən aktrisa əri tərəfindən şantaj olunduğunu bildirib.

Təhdid yolu ilə uşaqları əlindən alınan Damla, rəsmi qurumlara səslənib:

"Mən bir müddət narkotik batağına düşmüşdüm. Yoldaşımın ailəsindən müxtəlif bəhanələr ilə aldığım pulu qumara və narkotikə xərcləmişəm. Bu pul mənim keçmiş ərim Mustafa Can Keserin pulu idi. İllərdir məni bununla hədələdi, dedi ki, uşaqları mənə ver. Mən də razılaşdım, amma dedim ki, istədiyim zaman uşaqlarımı görəcəm. Bu bəhanəylə məni uşaqlardan ayırdı, indi də məqsədi məni ölkəyə rəzil etməkdir. Bunu da bacardı. Amma mən xərclədiyim pulu onun ailəsinə ödəyirəm. Buradan səslənirəm, uşaqlarımın anasız qalmasına səbəb, Mustafa Kesərdir” deyə aktrisa göz yaşları içərisində bildirib.

 

Aysel

 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от İ

OXŞAR XƏBƏRLƏR