“Sehirli Naftalan” MMC aztəminatlı ailələrə yardım etdi - FOTOLAR

“Sehirli Naftalan” MMC  aztəminatlı ailələrə yardım etdi - FOTOLAR
SOSİAL
15:13 02.05.2020
1660
Cənab Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan "Sehirli Naftalan” MMC tənha yaşayan ahıllara, aztəminatlı və qayğıya ehtiyacı olan ailələrə yardım edib.

AZXEBER.COM xəbər verir ki, şəhər İcra Hakimiyyətinin qaynar xətt xidmətinə və elektron poçt ünvanına daxil olmuş müraciətlər əsasında tərtib edilmiş siyahıya uyğun olaraq ərzaq məhsullarından ibarət sovqatlar İcra Hakimiyyətinin və "Sehirli Naftalan” MMC-nin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan ailələrin ünvanına çatdırılıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, eləcədə, ölkəmizdə və Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması  məqsədi ilə görülən  tədbirlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını  bildiriblər.
 

 

 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR