Səhiyyə Naziri Mehmanla nə danışıb? - AÇIQLAMA

Səhiyyə Naziri Mehmanla nə danışıb? - AÇIQLAMA
SOSİAL
13:23 22.05.2019
5477

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Səhiyyə naziri Oqtay Şirəliyevin bloger Mehman Hüseynovla sosial şəbəkələrdə yayılmış fotoşəkli ilə bağlı şərh verib.

Pərviz Abubəkirov açıqlamasında məlumatın yanlış olduğunu bildirib. Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.

"Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”, – Pərviz Abubəkirov deyib.

Xatırladaq ki, daha öncə Mehman Hüseynov özünün Feysbuk səhifəsində Cenevrənin hava limanında Səhiyyə naziri Oqtay Şirəliyevlə çəkdirdiyi fotoşəkli paylaşıb. Bloger iddia edib ki, nazir İsveçrəyə müalicəyə gəlib.

OXŞAR XƏBƏRLƏR