Səhiyyə Nazirliyi: "Aktiv koronavirus xəstələrinin sayının azalması müsbət haldır”

SAĞLAMLIQ
16:12 29.12.2021
308
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ay koronavirusla əlaqəli aktiv xəstə sayının azalması, testlərdə pozitiv nəticələrin aşağı olması müsbət haldır”.

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, pandemiyadan əvvəlki həyata maksimum yaxınlaşılıb: "Bu da dövlətin və aidiyyəti qurumların apardığı tədbirlərin nəticəsidir. Ən xüsusi fakt isə vaksinasiya prosesinin sürətlə davam etməsidir".

OXŞAR XƏBƏRLƏR