Səhiyyə Nazirliyi dərman şirkətinin fəaliyyətini dayandırıb

SAĞLAMLIQ
19:04 23.01.2015
2978

Səhiyyə Nazirliyi tərəfindən "Murad Farm" MMC-nə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, yanvarın 17-də “Bizim Yol” qəzetində Əhmədli qəsəbəsi, H. Aslanov metrosunun yanında "Murad" aptekdə şübhəli preparatların satışının aparılması ilə bağlı məqalə dərc edilib. Məqalədə göstərilənləri yerində araşdırmaq üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən yanvarın 21-də Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 2944A saylı məhəllə ünvanında fəaliyyət göstərən "Murad Farm" MMC-nə məxsus (lisenziya nömrəsi 026288, qeydiyyat nömrəsi 1612, verilmə tarixi 06.01.2011) aptek təşkilatında yoxlama keçirilib.

Keçirilən yoxlama zamanı aptekdə satışı aparılan və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib. Həmçinin, yoxlama zamanı aptekdə reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən olunub. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktına görə "Murad Farm" MMC-nə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib olunub.

Səhiyyə Nazirliyi tərəfindən "Murad Farm" MMC-nə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb