Səhiyyə Nazirliyi hamilə qadınlara çağırış edib

SAĞLAMLIQ
18:21 07.01.2024
358
Qızılcaya yoluxan şəxslə kontaktda olan hamilə qadınlar təcili şəkildə həkimə müraciət etməli, 72 saat ərzində hamiləyə qızılca əleyhinə immunoqlobulin yeridilməlidir.

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım Mirzəyeva deyib.

O bildirib ki, bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır.

X.Mirzəyevanın sözlərinə görə, vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik dövründə xəstəliyin gedişatı ağır ola bilər:

"Bunun əsas səbəbi hamiləlik dövründə qadının fizioloji olaraq immun sisteminin nisbətən zəifləməsindən irəli gəlir. Hamiləlikdə də əsas yoluxma mənbəyi hamilənin xəstə insanla kontaktda olmasıdır. Xəstəliyin hamiləliyə təsiri yoluxma müddətindən asılı olaraq dəyişir. İlk trimestrdə inkişafdan qalmış hamiləliyə, özbaşına düşüklərə səbəb olur. Əgər hamiləlik dövründə xəstəlik inkişaf edirsə, bu zaman uşaqda mərkəzi sinir sisteminin zədələnmələri, mayalanma dövrünə təsadüf etdiyi təqdirdə isə xromosom anomaliyalarının yaranmasına gətirib çıxara bilər. İkinci trimestrdə isə vaxtından əvvəl doğuş ilə nəticələnə bilər. Bəzən tam sağlam uşaqlar da doğula bilər. Qızılca zamanı ağciyər pnevmoniyasının inkişafı riski hamilələrdə yüksək olur".

Nazirlik rəsmisi qeyd edib ki, xəstə insanla kontaktda olmuş hamilələr təcili şəkildə həkimə müraciət etməlidir:

" 72 saat ərzində hamiləyə qızılca əleyhinə immunoqlobulin yeridilməlidir. Bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır".

Ginekoloq həmçinin bildirib ki, hamiləlik zamanı qızılca peyvəndi vurdurmaq qəti şəkildə məsləhət görülmür:

"Hamiləliyi planlaşdıran qadınların ən azı 6 ay əvvəl qızılcaya qarşı peyvəndlənməsi tövsiyə olunur. Xəstəliyə yoluxan hamilələr üçün xüsusi bir müalicə planı mövcud deyil. Ona görə də simptomatik müalicə təyin edilir. Uşaq dünyaya gəldikdən sonra müayinə olunur. Əgər uşaqda qızılca aşkar olunarsa, o, anası ilə bərabər qalır və ana südü ilə qidalanır. Amma yoluxmayıbsa, ana izolyasiya olunur və müalicə planı təyin edilir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir