Səhiyyə Nazirliyi narkomaniyadan müalicə alan şəxsin iddialarına cavab verdi

Səhiyyə Nazirliyi narkomaniyadan müalicə alan şəxsin iddialarına cavab verdi
SOSİAL
10:16 24.08.2021
300
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müalicə alan vətəndaş orada müalicənin keyfiyyətli olmaması, xidmətin bərbad olunması ilə bağlı iddialar səsləndirib.

O, bu barədə sosial şəbəkələrdə məlumat yayaraq Respublika Narkoloji Mərkəzindən narazılığını ifadə edib. Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, qurumun Respublika Narkoloji Mərkəzindən "oxu.az”a verilən məlumata görə, iddialarla çıxış edən şəxs 10 il narkomaniyadan əziyyət çəkməsinə baxmayaraq, üç dəfə qısa müddətli müalicə alıb:

"O, heç vaxt stasionar müalicə kursunu tamamlamayıb. Təəssüf ki, bu kimi xəstələr müalicə olunanlar arasında böyük əksəriyyəti təşkil edir.

Onlar müəyyən səbəblərdən (yaxınlarının təkidi, maddi imkansızlıq, narkotikin dozasını aşağı salmaq, hüquqi tədbirlərdən uzaq olmaq və digər məqsədlərlə) stasionar müalicəyə qəbul olunurlar.

Müalicəni sona çatdırmadan bəhanələrlə evə yazılmağı tələb edirlər”.

Respublika Narkoloji Mərkəzindən qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünya əhalisinin üç faizi (270 min nəfər) narkomaniyadan əziyyət çəkir.

Həmin təşkilatın tədqiqatları göstərir ki, narkotik asılılığı olan şəxslərin yalnız 2-3 faizi bu bəladan qurtula bilir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, müalicə nəticəsində narkotik asılılıqdan azad olanlarla öz səyləri ilə (yəni heç bir müalicə olmadan) normal, narkotiksiz həyata qayıda bilənlərin sayı təxminən eynidir.

Bu, o deməkdir ki, əksər hallarda nəticə müalicə üsullarından deyil, şəxsin fərdi xüsusiyyətindən daha çox asılıdır.

Bu gün dünyada elə bir müalicə üsulu yoxdur ki, şəxsin iradəsindən kənar, onu narkotikin psixi asılılığından azad etsin.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi