Səhiyyə Nazirliyindən bu şəxslərə - XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən bu şəxslərə - XƏBƏRDARLIQ
SOSİAL
16:14 10.08.2022
264
"Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır".

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.

Onun sözlərinə görə, bu, uşaqlarda həmçinin boy hormonunun ifrazına mane olur: "Ümumiyyətlə, bu məsələ ilə bağlı tədqiqatlar aparılır. Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər".

N.Həsənova onu da vurğulayıb ki, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb: "Həmin eynəklərin 100 faiz qoruduğu barədə fakt yoxdur. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidirlər”.
OXŞAR XƏBƏRLƏR