Səhiyyə Nazirliyindən –XƏBƏRDARLIQ

SAĞLAMLIQ
12:18 10.02.2016
2556
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu aşkarlanmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib.
AZXEBER.COM bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda epidemioloji durum stabildir və daim nəzarətdədir: "Amma bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır. Ona görə də profilaktik, müalicəvi və əks-epidemioloji tədbirlər həyata keçirilir, ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarət gücləndirilib. Ölkəmizin sərhəd-keçid məntəqələrində lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd-keçid məntəqələrində müayinədən keçirilirlər. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılırlar".
Nazirlikdən qeyd edilib ki, Azərbaycanda bu virus aşkarlanarsa, müalicənin aparılması üçün lazımi şərait, kifayət qədər dərman ehtiyatı var. Qeyd edək ki, "donuz qripi" təhlükəsi ilə əlaqədar hazırda Azərbaycanın 4 böyük şəhərində - Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki təhsil müəssisələri dezinfeksiya edilir. Azərbaycanda 3 tibb müəssisəsində - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb. Xatıladaq ki, Gürcüstanda 2016-cı ilin əvvəlindən "donuz qripi" xəstəliyindən 10 nəfər, H3N2 virusundan isə bir nəfər dünyasını dəyişib. Türkiyədə bu ilin əvvəlindən təxminən 500 şəxsdə H1N1 virusu aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir