Nazirlik əhalini yeni virusla virusla bağlı peyvənd olunmağa çağırıb

Nazirlik əhalini yeni virusla virusla bağlı peyvənd olunmağa çağırıb
SAĞLAMLIQ
14:01 06.01.2025
2627
Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. 

Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.   

Bildirilib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. 

Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır.  

İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.

Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur.  

Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.  

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.

Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur.   

Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı