Səhlab Bağırov ‘Əsgər ölümlərinə son’ aksiyasından danışdı

Səhlab Bağırov ‘Əsgər ölümlərinə son’ aksiyasından danışdı
16:55 07.03.2013
3110

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov Bakıda martın 10-da keçiriləcək “Əsgər ölümlərinə son” aksiyasından danışıb. AZXEBER.COM-un məlumatına görə, bu barədə “Qafqazinfo.az”a açıqlama verən Səhlab Bağırov sözügedən aksiyadan xəbərdar olduğunu bildirib: “Bakı Şəhər İcra Hakimiyyəti mövqeyini hələlik açıqlamadığı üçün bizim hər hansı tədbir görməyə ixtiyarımız yoxdur” . Səhlab Bağırov aksiya təşkilatlarına xəbərdarlıq edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bakı Şəhər Baş Polis İdarəsinə Şəhər İcra Hakimiyyəti tərəfindən aksiya ilə bağlı heç bir məlumat daxil olmayıb. Bu halda biz aksiyanın təşkilatçılarını çağırıb xəbərdarlıq edə bilmərik. Ancaq hər kəsə artıq bəllidir ki, razılaşdırılmamış istənilən aksiyanın qarşısı polis tərəfindən alınacaq” .

OXŞAR XƏBƏRLƏR