Səhliyalı Şirkətində Zəfər Günü qeyd edildi

Səhliyalı Şirkətində Zəfər Günü qeyd edildi
SOSİAL
10:14 10.11.2021
190
Bu gün "Səhliyalı şirkəti”ndə 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı tədbir keçirilib.

"Səhliyalı şirkəti”nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə şirkət rəhbərliyi və əməkdaşları, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri, eyni zamanda döyüşlərdə iştirak etmiş və zəfərin qazanılmasına öz töhfələrini vermiş şirkətin 14 çalışanı iştirak ediblər.

Tədbirdə əvvəlcə Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Səhliyalı” şirkətinin rəhbərliyi 44 günlük döyüşlər zamanı ölkə rəhbərliyinin göstərdiyi qətiyyətdən, Ordumuzun əzmli döyüş bacarığı, bunun fonunda qazazanılan qələbənin əhəmiyyətindən danışıb: "Azərbaycan xalqının bu işğal faktı ilə barışmadığı, barışmayacağı hər kəsə məlum idi. Ölkə başçısı, cənab İlham Əliyevin orduya torpaqlarımızda antiterror əməliyyatlarının başlaması barədə verdiyi tapşırıq onun hərbiçilərimizə, ordunun da ölkə rəhbərinə etimadının bariz nümunəsi idi. Məhz bunun nəticəsində də biz bu gün bu qələbəni bayram edirik”. Şirkət rəhbərliyi döyüşlər zamanı əhalinin və şirkətlərin də orduya dəstəyi məsələsinə də toxunub və qeyd edib ki, bu döyüşlərdə üzüağ çıxan həm də şirkətlər oldu: "Biz bu döyüşlər zamanı orduya bir neçə dəfə dəstək aksiyası həyata keçirdik. Düzdür, Müdafiə Nazirliyi dəfələrlə açıqlama yayaraq Ordumuzun heç bir maddi dəstəyə ehtiyacı olmadığını vurğulamışdı. Ancaq sadə vətəndaşlar, şirkət əməkdaşları və rəhbərlikləri də ordumuza dəstəyi özünə mənəvi borc bildi və nəticədə də bu zəfərin qazanaılmasında pay sahibi oldular. Əsas məqsəd əsgər və zabitlərimizin ruh yüksəkləriyi ilə döyüşlərə yollanmalarına mənəvi dəstək göstərmək idi”.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı da göstərilən dəstəyə görə şirkət rəhbərliyinə təşəkkür ediblər.

Sonda "Səhliyalı” şirkətinin 44 günlük vətən müharibəsinə könüllü yollanan 14 əməkdaşına təşəkkürnamələr və hədiyyələr təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi