Ruhəngiz Allahverdiyeva səhnə fəaliyyətinin 50 illiyini qeyd edəcək.
AZXEBER.COM xəbər verir ki, o, ad günü ilə birlikdə böyük məclis təşkil etməyi planlaşdırsa da bu baş tutmayıb.
"Qonaqcanlı" verilişində bunun səbəbini açıqlamayan Əməkdar artist yaxın zamanda yenidən məclis quracağını bildirib:
"52 ildir ki, sənətdəyəm. Bunu qeyd etmək fikrim var idi. Böyük bir səbəb oldu və mən doğum günü məclisimi təxirə salmalı oldum. Amma yaxın zamanda 50 illik səhnə fəaliyyətimi qeyd etmək üçün yığıncaq təşkil edəcəyəm, elə ad günümü də orada qeyd edəcəyəm. Qonaqlarım məndən xəbər gözləyirlər. 300 nəfər dəvət etmişdim. Dəvət etdiyim bütün sənətkarlar hamısı gələcəkdilər. Baş tutmadı deyə çox üzüldüm və hətta oturub ağladım".
Aysel










































