Səhnədən mitinq meydanlarına, oradan da həbsə – Tarık Akanın bilinməyən HƏYAT HEKAYƏSİ

Səhnədən mitinq meydanlarına, oradan da həbsə – Tarık Akanın bilinməyən  HƏYAT HEKAYƏSİ
SOSİAL
14:51 19.09.2016
1723

Mitinq meydanlarının "Tarık abi"sinin səhnədən fərqli həyatını bir çox tamaşaçı bilmir. AZXEBER.COM ötən gün həyata gözlərini yuman Türkiyənin tanınmış aktyoru Tarık Akanın həyatının bilinməyən tərəflərini oxuculara təqdim edir:

13 dekabr 1949-cu ildə İstanbulda anadan olan aktyor 1970-ci ildə “Səs” jurnalının təşkil etdiyi yarışmada birinci olub. Bundan sonra medianın diqqətini çəkən gənc Tarık öz kariyerasına uğurlu addımlar atır.

1971-ci ildə “Əminə” adlı filmlə ilk dəfə kamera qarşısına çıxan Tarık Akan Filiz Akınla tərəf müqabili olur. Uzun boyu, dalğalı saçları ilə gənc qızların ürəyini fəth edən aktyor bundan sonra böyük şöhrət qapılarını açmağa nail olur. Onlarca televiziya proqramına dəvələtlər alan, müxtəlif jurnalların üz qabığı olması üçün təkliflər alan Tarık Akana çoxlu sayda film təklifləri gəlir.

Aktyor 1973-cü ildə “Suçlu” kinosu ilə ilk mükafatını alır. “Ən yaxşı kişi aktyoru” mükafatına layiq görülən Tarık dövrün ən tanınmış ulduzu olur. 1975-ci ildə çəkilən “Hababam sınıfı” filmində kürəkən Fərid obrazı ilə klassikləşən Tarık Akan burada ərköyün, amma sinifin ən yaraşıqlısı kimi tamaşaçıların qarşısına çıxır. Bu obraz Türk kino tarixində bir iz buraxır.

1976-cı ildə “Hababam sınıfı sınıfta kaldı” filmi isə Türkiyə cəmiyyətinə Hababam sinifi kollektivini bir ayrı sevdirdi. Filmdən sonra böyük tamaşaçı istəyinin olması isə yapımcıları hərəkətə keçirdi. Bundan sonra “Bizim ailə”, “Tatlı dilim”, “Mavi boncuk” kimi filmlərdə yenə yaraşıqlı gənc obrazını canlandıran aktyor bu filmlərdə Kemal Sunal, Emel Sayın, Münir Özkul, Adile Naşit, Halit Akçetepe kimi dövrünün tanınmış aktyorları ilə birlikdə çıxış edir.

Gülşən Bubikoğlu ilə baş rolu paylaşdığı “Ah nerede” romantik komediyasındakı performansı da aktyora böyük rəğbət qazandırır. 1982-ci ildə “Yol” filmindəki obrazı ilə “Ən yaxşı kişi aktyoru” mükafatına namizəd olan aktyor 1990-cı ildə “Karatma geceleri” filmindənki rolu ilə də klassikaya daxil olur.

Həbsə gedən yol...

Tarık Akan tamaşaçıların yaddaşında Hababam sinifinin yaramaz Fəridi və ya onlarca filmdə yaraşıqlı gənc obrazını canlandırması ilə yanaşı həm də aktiv vətəndaş mövqeyi olan birisi olub. Atatürk ideologiyasının vurğunu olan aktyor öz yazıları və çıxışları ilə hər zaman siyasi basqılara və ideoloji repressiyalara məruz qalıb. Aktyorun barışmaz solçu baxışı və müxalif fikirləri onun köşə yazılarında o qədər güclü gözə çarpmağa başlayır ki, artıq onu bir dövr sonra heç bir tədbirlərə dəvət edilmir və filmlərə çəkmirlər.

Türkiyədə siyasi hakimiyyətdəki gərginliyin qurbanlarından birinə çevrilən aktyor 2 il həbs hayatı da yaşayır. O həbsdə olduğu vaxtlardan bəhs edən “Anne kafamda bit var” kitabı ilə öz qələmini oxuculara təqdim edir. 2002-ci ildə çap edilən və böyük maraqla qarşılanan kitab yayım evləri tərəfindən dəfələrcə çap edilib satışa təqdim edilmişdi.

Aktyorun ömrünün son illərində çəkildiyi “Deli deli olma” filmindəki obrazı onun bir daha böyük bir aktyor olduğunu sübut etdi. Qarsda Azəri kəndində cərayan edən hadisələrdə “yekə kişi” obrazını canlandıran aktyor ömrünün son illərini yaşayan xristian qoca kişini canlandırıb. Gənc yaşlarından sevdiyi qızın müsəlman olmasına görə heç bir zaman onunla qovuşa bilməyən “yekə kişi” son gün sevgilisinin gözəl nəğməsi ilə gözlərini əbədiyyətə qədər yumur.

Tarık Akan 66 yaşında xərçəng xəstliyindən vəfat etdi. Aktyorun vida mərasiminə minlərcə insan qatılıb.

Allah rəhmət eləsin!

Qızılgül

OXŞAR XƏBƏRLƏR