"Səhnəyə qayıtmağı çox arzulayıram" - Allahverdi Yolçuyevdən açıqlama

"Səhnəyə qayıtmağı çox arzulayıram" - Allahverdi Yolçuyevdən açıqlama
MAQAZİN
13:38 11.07.2024
293
"Aktyor üçün təqaüd olmur. Səhnə üçün çox darıxıram və qayıtmağı arzulayıram".
 
Bu sözləri AZXEBER.COM- a özəl açıqlamasında bir neçə gün öncə əməliyyat olunan aktyor Allahverdi Yolçuyev deyib. 
 
Səhhəti haqda danışan Yolçuyev "Əməliyyatım çox uğurlu keçdi, Allaha çox şükür. Özümü yaxşı hiss edirəm. Hər şey əladır" deyə bildirib.
 
"Səhnələrə dönmək arzunuz varmı?" sualına isə o özünəməxsus cavab verib:
 
"Aktyor üçün təqaüd olmamalıdır. Hər dəfə bunu deyirəm, deyəcəyəm də. 65 yaşımdan mən səhnədən uzaq qalmışam. Səhnəyə dönə bilməyi çox arzulayıram".
 
Xatırladaq ki, aktyor bir neçə gün öncə beyin pili (parkinson və tremor kimi xəstəliklərdə istifadə olunan beyin kardiostimulyatoru tətbiqi) əməliyyatı keçirib. Hazırda vəziyyəti qənaətbəxşdir.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR