Şəhriyar Məmmədyarov: "28 ildir Kasparovla oyunu gözləyirdim"

Şəhriyar Məmmədyarov: "28 ildir Kasparovla oyunu gözləyirdim"
İDMAN
13:17 11.07.2021
1600
"28 ildir şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub".

AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour”un blits yarışının VI turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub etməsini şərh edib:

"Onun oyunları inanılmaz olub. 28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir! Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiz? Sizləri çox sevirəm, dəstəyiniz üçün. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası".
OXŞAR XƏBƏRLƏR