Səidə Sultan izləyicilərini təhqir etdi: "Lənət olmuşlar"

Səidə Sultan izləyicilərini təhqir etdi: "Lənət olmuşlar"
MAQAZİN
17:31 03.11.2016
3180

 

Müğənni Səidə Sultan sosial şəbəkədə ünvanına "tərbiyəsiz" yazanları təhqir edib. 

İfaçı bir neçə il əvvəl nənəsi ilə yaşadığı qalmaqala görə onu qınayanlara belə cavab verib:

"Sosial şəbəkədə mənə təhqir yazırlar. Siz xalq deyilsiniz, millətin artıqlarısınız. Mənim xalqım mehribandır, insan sevəndir. Məni iki söz qıcıqlandırır. Biri, "nənənin üzünə tüpürdü" yazılması. Bir ana öz oğlunun qəbrinə, onun övladına hörmət etmirsə, milyonlarla insanın qarşısında çıxıb şərləyirsə, xalqın artıq insanlarının dilinə söz atırsa, o nənənin üzünə tüpürmək yox, onu Azərbaycandan deportasoya etmək lazımdır. Heç kimsə evində elə ağsaqqal arzulamaz. Kim məni qınayır, Allah onun evinə elə ağsaqqal nəsib etsin. O nənəyə şərait yaradan kanalın bir gün çökən vaxtını görəcəm. Çünki onlar soruşmamış, xəbər verməmiş, namərdlik etdilər.
 
Mən efirdə oynuyacam, atdanıb-düşəcəm, əcəb edəcəm. "Tərbiyəsiz" deyənlərə isə cavab verirəm ki, tərbiyəsiz sizin nəslinizdir, evinizdəki qızlardır. Mənim haqqıma girməyin, lənət olmuşlar".

Qeyd edək ki, S.Sultanın 75 yaşlı nənəsi Əminə xanım ATV-də yayımlanan "Ümid var" verilişinə çıxmışdı. Nənənin sözlərinə görə, S.Sultanın anası cadu ilə məşğul olub:
 
"Mən ona cadügun dedim. Səidə də bunun üstündə qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi. Dedi gördüyünü desən, basıb gözlərini çıxardaram". S.Sultan efirdə nənəsinin üzünə tüpürüb, yalan danışdığını bildirmişdi.

 

///axşam.az

OXŞAR XƏBƏRLƏR