Müğənni Səidə Sultanın iki həftə əvvəl təqdim etdiyi "Kimə kimdən danışırsan” mahnısının plaqiat olduğu iddia edilib.
AZXEBER.COM xəbər verir ki, mahnının giriş hissəsinin 2018-ci ildə təqdim olunan Eqor Krid və Filipp Kirkorovun "Цвет настроения черный” (Əhvalımın rəngi qaradır) mahnısı ilə eyni olduğunu müəyyən edilib.
Bu haqda sosial media hesabında məlumat verən bloger Yusif Cəfərzadə hər iki mahnıdan həmin hissələri paylaşaraq Səidənin mahnısının plaqiat olduğunu bildirib.
Gülay