“Şəki dairəsi”ndə tikintinin yekunlaşacağı vaxt açıqlandı - VİDEO

“Şəki dairəsi”ndə tikintinin yekunlaşacağı vaxt açıqlandı - VİDEO
SOSİAL
11:16 17.07.2025
329
Bir müddətdir Bakının Nərimanov rayonunda Y.V.Çəmənzəminli və Albert Aqarunov küçələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (məşhur "Şəki” restoranın yerində)  aparılan təmir işlərinin böyük hissəsi tamamlanıb.

AZXEBER.COM Real TV-yə istinadən xəbər verir ki, hazırda ərazidə iri tunel qazılır.

Layihə 2025-2030-cü illərin Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Həsən Əliyev və Müzəffər Nərimanov küçələri arasında uzunluğu 3,9 km olan yol əsaslı şəkildə qurulur. Bu küçə genişləndirilərək 6 zolaqlı yol salınır. Ümumi layihədəki 4 avtomobil tunelindən biri bu əraziyə düşür.

Həmçinin layihəyə uyğun olaraq, ərazidə 3 böyük piyada keçidinin inşası nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, artıq tunelin istinad divarları, üstünün beton örtüyü tamamlanmaq üzrədir. Sözügedən ərazidə işlər 65-70 faiz yekunlaşıb, ən geci bu ilin sonunadək tamamilə yekunlaşacaq.

OXŞAR XƏBƏRLƏR