Şəki məktəbi şagird yoxdur deyə bağlanır? - Rəsmi açıqlama

Şəki məktəbi şagird yoxdur deyə bağlanır? - Rəsmi açıqlama
SOSİAL
20:24 24.07.2026
524
Sosial mediada jurnalist Zülfiyyə Quluyeva Şəkinin Daşbulaq kənd ümumi orta məktəbinin bağlanacağı ilə bağlı post paylaşıb. Məlumata görə, 29 şagirdin təhsil aldığı məktəb 2026–2027-ci tədris ilindən fəaliyyət göstərməyəcək.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"2026–2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin məktəbdə onlayn formatda təşkili nəzərdə tutulur. Bu fənləri müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tədris edəcəklər", - idarənin məlumatında qeyd olunub.

Regional Təhsil İdarəsindən vurğulanıb ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur.

Qeyd edək ki, həmin paylaşımın şərh bölməsində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də məsələyə münasibət bildirib. O, məktəbin bağlanmadığını qeyd edərək, bəzi fənlər üzrə müəllim çatışmazlığının olduğunu vurğulayıb:

"Bəzi fənlərin tədrisi üçün müəllim çatışmazlığı var. Bu səbəbdən də qiymətləndirmə nəticələri yüksək olan pedaqoqlar tərəfindən onlayn qaydada həmin fənlər məktəbin özündə uşaqlara keçiriləcək. Bəzi islahatları anlamadan şərh vermək ümumi prosesə ziyandır”.

Daşbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Yusif Qarayev isə açıqlamasında bildirib ki, məktəbin bağlanacağı barədə dünən müəllimlərə bildiriş sənədi göndərilib:

"Bu sənədi dünən direktor göndərib bizə. İki-üç ay əvvəldən də məktəbin bağlanacağı barədə söz-söhbət gəzirdi. Biz inanmırdıq. Kəndin mədəniyyət evi, kitabxana və uşaq bağçası da iki ay əvvəl bağlanıb. Bir məktəb qalıb. İndi açıqlama verib məktəbin bağlanmayacağını deyirlər, bəs dünən göndərilən bu sənəd nədir?"

Yusif Qarayev qeyd edib ki, artıq bütün müəllimlərin hansı məktəblərə köçürüləcəyi də məlumdur:

"Mən Oxud kənd məktəbinə göndərilirəm. Eyni dərs saatım orada təmin edilir. Amma məni maraqlandıran kəndimizin taleyidir, məktəbimizin bağlanmağıdır.
"Bağlanmayacaq" deyirlər, amma müəllimlər yerbəyer edilib, bildiriş gəlib".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı